PASHA çayı ilk dəfə 2000-ci ildə bazara daxil olmuşdur. İlk reklam konsepsiyası milli adət-ənənələrimizi təzahür etdirərək, “elçilik” səhnəsi üzərində qurulmuşdu. “Bir kəllə qənd, üç manat pul, bir qutu da PASHA çayı” kəlmələri hər kəsin dilində dolaşırdı.
2004-cü ildə markanı yenidən canlandırmaq məqsədi ilə Marketing Departamenti hədəf kütlə olaraq gəncləri nişan almış və sırf Azərbaycan gənclərini tərənnüm edən yeni reklam çarxı ilə məqsədinə nail olmuşdur. Çayların PASHA-sı bu dəfə də alıcılarının yaddaşında qalmağı bacarmışdı.
PASHA çayının, 2005-ci ilin May ayında Moskva şəhərində keçirilən 3-cü Ümumdünya Çay və Qəhvə Festivalında “Qara ortayarpaqlı əla növ çay” nominasıyasında qızıl medal və diploma layiq görüldükdən sonra qutu dizaynı yeni konsepsiyaya uyğun dəyişdirilmiş, qutu qızılı tərzdə yenidən dizayn edilmiş və üzərinə nailiyyətləri haqqında informasiya yerləşdirilmişdir.
2007-ci ildə Rusiyada keçirilən Ümumdünya Çay və Qəhvə festivalında “Qara ortayarpaqlı əla növ çay” nominasiyasında Pasha çay “Qran Pri” mükafatına layiq görüldü. İngiltərə, Hindistan kimi çay istehsalçısı şirkətləri arasından fərqlənərək ali mükafata layiq görülmək, Azərbaycan adını təmsil etmək, bayrağını yüksəklərə qaldırmaq bizlərə “Pasha” çayın sayəsində nəsib olmuşdu.